Məktəblə ilk tanışlıq - məktəbəhazırlıq qrupları

    Məktəbəhazırlıq mərhələsi Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan vacib istiqamətlərdəndir. Məktəbəhazırlıq təhsili uşaq həyatının ən önəmli dövrlərindən biridir. Çünki, məhz bu mərhələdə uşağın şəxsiyyət kimi formalaşmasının təməli qoyulur. Bu mərhələni keçən uşaq kollektivə daha tez alışır, ətraf mühiti daha asan dərk edir. Elə bu səbəbdən məktəbəhazırlıq qruplarına tələbat hər il artır. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə məktəbin məktəbəhazırlıq qrupunun uşaqları Nərminə Rzayevanın rəhbərliyi ilə məktəbin fənn kabinetləri, kitabxana və eləcədə digər kabinetlərlə tanış oldular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi