Planetariuma ekskursiya təşkil olundu

Məktəbin 3”C” sinfi Aygün Zeynalovanın rəhbərliyə ilə Tusi-Bohm Planetariumda ekskursiyada oldular.TB Planetarium – Azərbaycanda müasir dövr üçün ən son nəsil texnologiya ilə təchiz olunmuş ilk planetariumdur.Bu məkan bütün yaş təbəqələrini əhatə edir, maarifləndirmə və bilik vermə funksiyasını daşıyır. Planetariumun proqram təminatı səmanın istənilən yerinə istənilən anda səyahət etməyə, milyon illər ərzində baş verən prosesləri bir neçə dəqiqəyə qədər qısaldılıb müşahidə etməyə, mövzuya aid xüsusi film, şou, ekskursiya hazırlamağa imkan verir.  3c sinif şagirdləri Planetariumda 4K prinsipi əsasında çalışan 2 çox güclü və dəqiq proyektorla 10 m-lik ekranda alınan xəyal ilə kosmosun zənginliklərinə səyahət etdilər.Onlar Planetariumda elmi-maarifləndirmə məqsədi daşıyan sənədli filmlərlə yanaşı aparıcı-ekskursiya rəhbəri tərəfindən hazırlanmış xüsusi şou-proqramlarda iştirak edərək əyləncəli vaxt keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi