"Zərərli vərdişlərə yox deyək!" mövzusunda dərs keçirildi

   Məktəbin biologiya müəllimi Səfərova Günel zərərli vərdişlər və ondan qorunma yolları mövzusunda dərs keçirmişdir. Dərsdə "Alkoqolizm”, “Narkomaniya” və “Tütün qəbulu”" mövzularına aydınlıq gətirildi. Zərərli vərdişlərin həyatımızdakı rolu şagirdlərlə birlikdə müzakirə olundu. Dərs zamanı sağlam həyat tərzi təbliğ olunub və uşaqlarla zərərli vərdişlərdən uzaq durmaq və bu vərdişlərin hansı fəsadlar yaratdığı barədə söhbətlər aparılıb.   Mövzuya aid slaydlar nümayiş olundu. Qeyd edək ki, belə dərslərin keçirilməsində məqsəd yetişməkdə olan gənc nəslin bu kimi pis vərdişlərdən qorunması və məlumatlandırılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi