“Mən və hüquqlarım” mövzusunda 7-ci sinif şagirdləri tərəfindən divar qəzetləri hazırlanmışdır

Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır. Bu gün respublikamızda uşaq hüquqları beynəlxalq hüquq və ölkə qanunvericiliyi normalarına əsasən qorunur. Azərbaycan dövlətinin yeritdiyi siyasət BMT-nin Uşaq Hüquqları Konvensiyasının tələblərinə tamamilə cavab verir. Onlar daim Azərbaycan dövlətinin himayəsi və qayğısı ilə əhatə olunurlar. Ümidvarıq ki, ölkəmizin iqtisadi imkanları artdıqca cəmiyyətin ən həssas və kövrək təbəqəsi olan uşaqlara da diqqət və qayğı yüksələcəkdir.