Poçt göyərçini

    Oktyabrın 9-da "Poçt günü" münasibətilə 1”B”sinfində  sinif rəhbəri Təranə Muxtarova şagirdlərə poçt  tariximiz  haqqında  bir  çox maraqlı  məlumatlar  verdi. Oktyabrın 9-u dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü kimi qeyd olunur. Poçt  ittifaqı  İsveçrənin  paytaxtı  Berndə  yaradılıb. Azərbaycanın 1993-cü ilin aprel ayında bu quruma üzv qəbul olunması respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə əlavə imkanlar yaradıb. Azərbaycanın ilk poçt markaları 1919-cu il oktyabrın 20-dən başlayaraq dövriyyəyə buraxılıb. İlk poçt markası Azərbaycan əsgərinə həsr olunub.Dərsin  sonunda  1”B”sinif  şagirdləri  poçtolyon rolunu oynayan göyərçin quşu haqqında bilgi alaraq rəsmlər çəkib, göyərçin haqqında mahnı oxudular.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi