"Mən dünyada müəllim adından yüksək, şərəfli ad tanımıram" Heydər Əliyev

Şərəfli və məsuliyyətli peşə sahibləri olan dəyərli müəllimlər! Bu gün sizin gününüzdür. Uşaqlara sevgi, qayğı, diqqət bəsləyən, yaddaşlarında ən əziz xatirə kimi qalan, çox hörmətli peşə sahibləri, gününüz mübarək. Körpə fidanların qəlbini fəth edərək əbədi yaddaşlarda qalan müəllimlər, heç vaxt unudulmursunuz. Təbrik edirik sizi. Hər birinizə uğurlar! Bu gün münasibəti ilə Həmkarlar təşkilatı sertifikasiyada yüksək bal toplayan ibtidai sinif müəllimlərini fəxri fərman və hədiyyələrlə təltif etdi.