Bu gün Cəbrayıl Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür

Oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən Müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. 1”B” sinif rəhbəri Təranə Muxtarova çıxışında vurğalıyıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Xalqımız hər il 4 oktyabr Cəbrayıl şəhəri gününü qürur hissi ilə qeyd edəcək. Dərs-tədbirdə birincilərə Cəbrayıl şəhərinin yaranması tarixindən məlumatlar verilmiş,şeirlər söylənmiş və uşaqlar mahnı və rəqslər ifa etmişlər.