Bu gün Cəbrayıl Şəhəri Günüdür

Oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. 44gün davam edən Vətən müharibəsi dövründə ilk azad edilən şəhərimiz məhz Cəbrayıl oldu. Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən hər il oktyabrın 4-dü "Cəbrayıl Şəhəri Günü" elan olundu. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğaldan azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.Bu məqsədlə ibtidai sinif müəllimi Nağıyeva Yeganə 1”C” sinfi ilə bu əlamətdar günü qeyd etdilər. Şagirdlərə Cəbrayıl şəhərinin tarixi haqqında geniş məlumat verildi