Anım Gününə həsr olunmuş nümunəvi dərs keçirilmişdir

   Sentyabrıln 27-də 7”D” sinfində Azərbaycan dili müəllimi Qəfərova Nənəxanım Anım Gününə həsr olunmuş nümunəvi dərs keçmişdir. Dərs zamanı xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı zəfərdən  danışılmış, eyni zamanda bir neçə gün öncə-20.09.2023-cü il  tarixində Azərbaycanın öz ərazi suverenliyini bərpa etdiyi antiterror əməliyyatında vətən oğullarının göstərdikləri igidliklər barəsində məlumat verilmişdir. Şagirdlər qəhrəmanların şərəfinə həsr olunmuş şeirlər səsləndirmişlər. Sonda şəhidlərimizin ruhu  bir dəqiqəlik sükutla yad edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi