"Qəhrəman oğullarımız", "Şəhidlər ölməz, Vətən bölünməz!" mövzularında tədbirlər keçirilmişdir.

2 “Ç” sinfində 27 Sentyabr Anım günü ilə əlaqədar "Qəhrəman oğullarımız", "Şəhidlər ölməz, Vətən bölünməz!" mövzularında tədbirlər keçirilmişdir. Şagirdlər mövzu ilə əlaqəli şeirlər demiş, vətənpərvər mahnılar oxumuşlar. Qrup işi yerinə yetirərək sinif guşəsi hazırlamışlar. Şagirdlər tərəfindən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilmişdir. Sinfin müəllimi Abdullayeva Kamalə çıxışları qiymətləndirmişdir.