8“A” sinfində 27 Sentyabr Anım günü ilə əlaqədar “Qalib Azәrbaycan xalqı” mövzusunda tədbir keçirilmişdir

     Sentyabrın 26-da 8"A"sinifində Anım Gününə həsr olunan "Zəfərə doğru" adlı tədbir keçirilib.Sinif rəhbəri Rəna Əhmədova Anım Gününün əhəmiyyətindən bəhs edərək şagirdlərə deyib:"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.Bu Qələbə tarixdə əbədi qalacaq.Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır.  Vətən müharibəsində qəhrəmancasına  döyüşmüş,Azərbaycan  Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış,ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə,bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ölkə Prezidenti cənab İlham Əliyev 27 Sentyabr  Vətən müharibəsinin başladığı üçüm Azərbaycan  Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci il 2 dekabr tarixində sərəncam imzalamışdır.    Allah şəhidlərimizə rəhmət eləsin,yaralı hərbiçilərimizə Allahdan şəfa diləyirik.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi