Anım günü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlərə start verilib

    Sentyabrın 26-da 9 “A” sinfində 27 Sentyabr Anım günü  ilə əlaqədar “ Qalib Azərbaycan xalqı “ mövzusunda inşa müsabiqəsi keçirilmişdir. Şagirdlər  yazdıqları inşalarda Ali baş komandan İlham Əliyev, müzəffər ordumuzun əsgərləri haqqında maraqlı fikirlərini inşalarında qeyd etmişdilər. İnşaların hamısı milli vətənpərvərlik ruhunda yerinə yetirilmişdir. Sinfin Azərbaycan dili və ədəbiyyatı müəllimi Quliyeva Məftunə inşa yazıları qiymətləndirmişdir. Şagirdlərimiz Qurbanlı Fatimə və Həmidova Yeganənin inşa yazıları qalib yazılar elan edilmişdir. Hər bir şagirdimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi