“Məktəb Parlamenti “ layihəsi çərçivəsində şagird idarəetmə sistemi formalaşması prosessi məktəbimizdə həyata keçirilir

Məktəb Parlamenti layihəsi çərçivəsində məktəblərdə şagird idarəetmə sistemi formalaşması prosesi həyata keçirilir. Parlament şagirdlərin fəal həyat tərzinə alışdırılmasına, onlarda liderlik keyfiyyətlərinin, idarəetmə mədəniyyətinin formalaşdırılmasına ,qanunun aliliyi və dövlətçilik ruhunda istiqamətlənməsinə xidmət edir.Məktəbdə şagirdlərin marağına, narahatlığına səbəb olan məsələlər Parlament qarşısında qaldırılır, həlli yolları araşdırılır. Bu məqsədlə 251 saylı tam orta məktəbdə 2-5 -ci siniflərdə fəaliyyət göstərən Şagird Parlamentinin üzvlərini müsahibə yolu ilə seçilməsi mərhələsi gedir, şagirdlər çox maraq və həvəslə yanaşırlar. Məktəb rəhbərliyi Şagird Parlamentinin fəal nümayəndələrinin, lider xüsusiyyətli şagirdlərin seçilməsinə xüsusi diqqət yetirir.