“Musiqi mədəniyyəti” mövzusunda hazırlanmış sərgi

Sentyabrın 18-də məktəbdə kitabxana işçiləri tərəfindən Milli Musiqi Gününə həsr olunmuş sərgi təşkil olunmuşdur. “Musiqi mədəniyyəti” mövzusunda hazırlanmış sərgidə Azərbaycan musiqi sənətinin korifeylərinin həyat və yaradıcılıqlarına dair kitablar nümayiş etdirilmişdir. Həmçinin, sərgini izləyənlərə Milli Musiqi Gününün təsis tarixi haqqında geniş məlumat verilmişdir.