1"B"sinfində «18 Sentyabr – Milli Musiqi günüdür» mövzusunda tədbir keçirildi

Milli Musiqi günü münasibəti ilə məktəbin 1"B"sinfində «18 Sentyabr – Milli Musiqi günüdür» mövzusunda tədbir keçirilmişdir. 9"C" sinif şagirdi Əliyev Fərhadın ifasında kəmança alətində Üzeyir Hacıbəylinin «Koroğlu» operasından üvertura ilə başlanmış, ekranda Milli Musiqimizin banisi, görkəmli bəstəkar Üz.Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən slaydlar nümayiş etdirilmişdir. Sinif rəhbəri Təranə Muxtarova Milli Musiqimizin tarixindən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan, ölkədə Milli musiqi günü keçirilməsi ənənələrindən danışılmış, mədəniyyətimizin dünyada tanınması və təbliği istiqamətində ölkə başçısı İlham Əliyevin və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətindən danışmışdır.Tədbirin sonunda şagirdlər tərəfindən maraqlı şeir, mahnı ifa olunub.