İlk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olundu

2023-2024-cü il tədris ilinin başlaması barədə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 11.09.2023-cü tarixli müvafiq əmrinə uyğun olaraq tədris başladı. Bütün siniflərdə ilk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olundu.Dərsin keçirilməsində məqsəd vətənpərvərlik, dövlətçilik tərbiyəsi, eyni zamanda müasir azərbaycançılıq ideologiyasının genişləndirilməsi olub. Ulu Öndər Heydər Əliyev elmi, biliyi yüksək qiymətləndirmiş, xalqımızın savadlanması üçün əlindən gələni əsirgəməmişdir.Dərsləri tədris edən müəllimlər şagirdlərə Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olması, Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyması, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olması haqqında danışıb. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.
https://www.facebook.com/100054349668543/videos/pcb.819543996533915/1071097877634740
https://youtube.com/shorts/7tE4vPTkA8A