Bu gün “Bilik günü” qeyd olundu

Sentyabrın 15-də “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin təsərrüfatı şöbəsinin müdiri Tural Cavadov, valideynlər, məktəbin müəllim-şagird kollektivi iştirak edib .Tədbir birincillərin şer və mahnıları ilə davam etdi. Çıxış edən məktəbimizin direktoru Elçin Abdullayev ötən tədris ilinin nailiyyətlərindən, cari tədris ilinin hədəflərindən danışaraq yeni məktəbə qədəm qoyan birinciləri və valideynləri təbrik edib, uğurlar arzulayıb. Əziz müəllimlər, şagirdlər və hörmətli valideynlər,hər birinizə uğur, müvəffəqiyyət dolu, səmərəli tədris ili arzulayırıq! Bilik gününüz mübarək!