2023-2024-cü tədris ili üçün nəzərdə tutulmuş ilk Pedaqoji Şurası keçirildi

 Sentyabrın 14-də məktəbin yeni tədris ili üçün nəzərdə tutulmuş ilk Pedaqoji Şurası keçirildi. Məktəbin direktoru Elçin Abdullayev  kollektivi salamladıqdan sonra iclasın gündəliyində duran məsələləri  iclas iştirakçılarının nəzərinə çatdırdı: Məktəbin iş rejiminin təsdiq edilməsi, vəzifə bölgüsü, yay tədris tapşırığı almış şagirdlərin yekun vəziyyəti, sinif komplektlərinin formalaşdırılması, sinif rəhbərlərinin təyin edilməsi, fənn metodbirləşmə sədrlərinin təyin edilməsi, təmayül siniflərin təşkil edilməsi, ”Bilik Günü”-nün keçirilməsi, dərsliklərin təminatı vəziyyəti və paylanılması,yeni tədris ilinə hazırlıq işləri.Gündəlikdə duran məsələlərlə bağlı məktəb direktoru, müavinlər, psixoloq və kitabxana müdiri çıxışlar etdilər. Sonda şura protokolu tərtib edilib və qəbul edilməli qərarlar səs çoxluğu ilə təsdiqlənib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi