Təlim-tərbiyə işləri üzrə direktor müavinimizin uğuru

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Sadıqova Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə doktorant adını qazanıb. Leyla xanım, bu yolda qarşısına qoyduğu hədəfə əzm və səylə çalışaraq nail olmuşdur. Kollektiv adından gənc mütəxəssisə elmi fəaliyyətində uğurlar arzu edirik.