“İbtidai sinif müəllimlərinin 3-cü forumu” keçirilib

     9 sentyabrda Heydər Əliyev Sarayında Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA), “ÇİNAR Yayımlari” və “Təhsil” nəşriyyatının təşkilatçılığı ilə “İbtidai sinif müəllimlərinin 3-cü forumu” keçirilib. Yeni tədris ilində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Təhsil millətin gələcəyidir” mövzusunda keçirilən forumun məqsədi ümumrespublika səviyyəsində ibtidai sinif müəllimlərini bir araya toplamaq, onların əməkdaşlıq və təcrübə paylaşımı etməsinə, eyni zamanda elmdə müasir yanaşmalarla tanış olmalarına imkan yaratmaq olub. Forumda rəsmi qonaqlarla yanaşı ölkəmizin müxtəlif bölgələrini təmsil edən 1870-ə yaxın ibtidai sinif müəllimi iştirak edib. Onlardan biri də məktəbimizin ibtidai sinif müəllimi Muxtarova Təranə Hidayət qızı idi. “İbtidai sinif müəllimlərinin 3-cü təhsil forumu”nda iştirak edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təhsilverənlərin sertifikatlaşdırılması prosesindən danışıb. O, ilk dəfə olaraq ötən il ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılmasının həyata keçirildiyini və müəllimlərin 80 faizinin bu prosesdən uğurla keçdiyini vurğulayıb. Məktəbimizin bütün ibtidai müəllimlərə uğurlar və təhsil sahəsində daha böyük nailiyyətlər arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi