Məktəbin ingilis dili fənn müəlimləri ingilis dilinin tədrisi metodikası üzrə ixtisasartırma təlimlərində fəal iştirak ediblər

Məktəbin ingilis dili fənn müəlimləri Əbdürəhmanova Əminə, Əmirova Aysel, Hüseynova Günay, Hüseynova Səidə, Quliyeva Əsmər, Məhərrəmova Günel, Məmmədova Rəqsanə, Rəcəbova Lalə və Yusifova Nigar 4–9 sentyabr 2023 tarixlərdə təşkil olunmuş “İngilis dilinin tədrisi metodikası üzrə ixtisasartırma” təlimlərində iştirak edib uğurla bitiriblər. Təlimlərdə yeni dərs vəsaitlərinə uyğun dərs modəlləri, tədris üsulları müzakizə olunub. Müəllimlər digər məktəblərin müəllimləri ilə təcrübə mübadiləsi aparıblar.