Məktəbimizin müəllimi Təranə Muxtarova təlimçi müəllimlər arasında olub və sertifikatla mükafatlandırılıb

Elm və Təhsil Nazirliyi ilə Qazaxıstanın “Nazarbayev İntellekt Məktəbləri” ASC-nin Pedaqoji Ustalıq Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən, 30 nəfər təhsil işçisi 11-24 avqust tarixlərində Astana şəhərində səfərdə olub. Onlardan biri də məktəbimizin ibtidai sinif müəllimi Muxtarova Təranə Hidayət qızıdır. İlk 2 modulu Astanada başa vurduqdan sonra növbəti 2 modul Bakıda 29 avqust tarixindən başlayaraq Metodik dəstək və peşəkar inkişaf mərkəzində davam edib. Təlimlər ibtidai sinif müəllimlərinin peşə bacarıqlarının artırılması, həmçinin əldə edilmiş təcrübənin həmkarları ilə bölüşülməsi məqsədilə təşkil olunub və 8 sentyabr tarixində yekunlaşıb. Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təlimlərin necə keçirildiyini izləyib, qoyulan hədəflərə çatmaq üçün məzmunun və yanaşmaların dəyişdirilməsi ilə bağlı fəaliyyətlər haqqında məlumat verib. Sonda təlim iştirakçıları təlimçilərlə bərabər STEAM İnnovasiya Mərkəzinə səfər ediblər.