Məzunlarımızın uğurları

2022-2023-cü tədris ilində məktəbin 11 b sinfi qəbul imtahanında 100% nəticə vermişdir. Sinfin 24 şagirdindən hamısı dövlət ali məktəblərinə daxil olaraq tələbə adını qazanmışlar. Xatırladaq ki, 11 b sinfi buraxılış imtahanında da fərqlənmişdi. Belə ki, 24 şagirddən 13 -ü 200 baldan yuxarı nəticə göstərmişdir. Şagirdlərimiz BDU, ADU, ADNSU, ATU , UNEC və digər ali məktəblərə vəsiqə qazanmışlar. Sinif rəhbəri , eləcə də sinfin Azərbaycan dili və ədəbiyyatı müəllimi Quliyeva Məftunə müəlliməyə və şagirdlərimizə uğurlar arzulayırıq.