Məzunlara attestatların təqdimatı davam edilir

İyulun 14-də məktəbdə məzunlara attestatların təqdimatı davam edildi. Təqdimetmə mərasimində məktəb rəhbərliyi, sinif rəhbərləri iştirak etdilər. Məktəbin direktoru Elçin Abdullayev məzunlara ürək sözlərini söyləyib, gələcək həyatlarında uğurlar arzuladı. Qeyd edək ki, 2022-23-cü tədris ilində məktəbin 9-cu siniflərindən 188 nəfər şagird məzun olub. Məktəbin Azərbaycan və rus bölməsi üzrə 11-ci siniflərin tam orta təhsil haqqında fərqlənmə attestatlar və 9-cu sinfini bitirən məzunlara ümumi orta təhsil haqqında attestatlar təqdim olundu. Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.