Məzunlara attestatlar təqdim olundu

İyulun 6-da məktəbdə məzunlara tam orta təhsil üzrə attestatların təqdimatı keçirildi. Təqdimetmə mərasimində məktəb rəhbərliyi, sinif rəhbərləri iştirak etdilər. Məktəbin direktoru Elçin Abdullayev məzunlara ürək sözlərini söyləyib, gələcək həyatlarında uğurlar arzuladı. Qeyd edək ki, 2022-23-cü tədris ilində məktəbin 11-ci siniflərindən 99 nəfər şagird məzun olub.