Pedaqoji Şura keçirildi

   İyunun 25-də məktəbin akt zalında 2022-2023-cü tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirilib. İclasda məktəbin direktoru Elçin Abdullayev, direktor müavinləri Ülviyyə Nuriyeva, Leyla Sadıqova, Şəbnəm Quliyeva, Əlxan Əsgərov ,psixoloq Sevinc Qənbərli, Həmkarlar Təşkilatının sədri Alıxan Qasımov və müəllim heyəti iştirak ediblər. Direktor müavinlərinin və psixoloqunun hesabatları dinlənilib, məktəbin uğurları və tədris ili ərzində görülən işlərdən bəhs edilib. Həmçinin iclasda yay tapşırığı alan şagirdlərin də adları qeyd edilib və bununla bağlı rəhbərlik tərəfindən fənn müəllimlərinə tapşırıqlar verilib. Müəllimləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb. Sonda müəllimlər təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi