Məktəbin müəllimlərin uğurları

   Məktəbdə çalışan 5 müəllim 20-24 iyun 2023-cü il tarixlərində keçirilmiş təhsilverənlərin sertifikatlaşdırılma prosesinə dəvət olunub. Onlardan 3 Azərbaycan dili və ədəbiyyat müəllimi, 1 ibtidai sinif müəllimi paytaxt üzrə 3 mərkəzdə təşkil olunmuş sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak üçün çağırılıb. Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilib. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilib və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilib. Məktəbin müəllimləri təhsilverənlərin sertifikatlaşdırılması imtahanının test mərhələsini uğurla keçiblər. Azərbaycan dili müəllimi Quliyeva Məftunə və İbtidai sinif müəllimi Diləfruz Rəsulzadə imtahanda 53 bal toplamışdılar. Hər birini təbrik edir, növbəti müsahibə mərhələsində uğurlar arzu edirik.

 

https://www.facebook.com/reel/803360874786962

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi