Məktəbin 99 nəfər məzunun “Son zəngi” çalındı

   

Bu gün məktəbin 99 nəfəri məzun olur. “Son zəng” insan həyatının ən yadda qalan məqamlarından biridir. Tutduğu vəzifəsindən,yaşından,mənsubiyyətindən asılı olmayaraq hər kəs bu unudulmaz günün xatirəsini yaddaşına həkk edir. Hər il olduğu kimi bu il də ənənəmizə sadiq qalaraq sonuncularımızı xüsusi təntənə ilə yola salmaq üçün “Son zəng” tədbirikeçirildi. Bayramsayağı bəzədilmiş məktəb həyətində al - əlvan geyimli şagirdlər,müəllim və valideynlər,şəhidlərin anaları,qazilər,ictimaiyyətin nümayəndələri onbirincilərin sevincinə, bəzən də kövrək kədərlərinə şərik oldular. Azərbaycan Respublikamızın Milli Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Cavadov və məktəbin direktoru Elçin Abdillayev məzunlara ürək sözlərini söyləyərək, onlara qarşıdakı qəbul imtahanlarında uğurlar arzuladı. Onbirincilərin sinif rəhbərləri yetirmələrinə öz arzu və istəklərini bildirdilər.Təqdim olunan müxtəlif rəqslər,mahnılar, şeirlər tədbiri daha da rəngarəng etdi. Son zəng çalındı. Onları müstəqil həyatın keşməkeşləri və sınaqları gözləyir. Lakin ümidvarıq ki, məzunlarımız məktəbimizin adını daim uca tutacaq, öz uğurları ilə fəxr və qürurumuza çevriləcəklər.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi