Məktəbdə 4-cü siniflər üzrə monitorinq keçirildi

İyunun 10-da Elm və Təhsil Nazirliyi tərəfindən məktəbimizdə 4-cü siniflər üzrə monitorinq keçirildi. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparıldı. Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir. Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edilib. Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub. Monitorinqin müddəti 120 dəqiqədir.