Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

İyunun 6-da məktəbin Uşaq birliyi rəhbəri Əhmədova Əfsanə 9 və 10-cu sinif şagirdləri Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açıq qapı günündə iştirak etdilər. Tədbirdə şagirdlərə mərkəzin yaranma tarixi, fəaliyyəti, nailiyyətləri, yüksək səviyyədə kadrların hazırlanması, müxtəlif peşələrlə (dərzlik, aşbazlıq, çilingərlik bərbərlik, qrafik dizayner və sairə) bağlı ətraflı məlumat verildi.