"Badminton" üzrə rayon turniri keçirildi

  İyunun 6-da məktəbdə Nizami Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılıgı və 251 nömrəli tam orta məktəbin dəstəyi ilə 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Badminton" üzrə rayon turniri keçirildi.Turnir ayrı-ayrılıqda 2011-2012-ci il təvəllüdlu oglanlar və qızlar arasında şəxsi növdə olimpiya sistemi üzrə keçirildi. Turnirin təntənəli bağlanış mərasimində çıxış edən Nizami Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Vasif İsayev və məktəbin direktoru Elçin Abdullayev öz ürək sözlərini və təbriklərini turnir iştirakçılarına bildirdilər. İdarənin rəis əvəzi Vasif İsayev məktəbin direktoru Elçin Abdullayevə 2023-cü il "Heydər Əliyev İli" münasibətilə keçirilmiş tədbirlərdə və yarışlarda,həmçinin şəhər miqyaslı turnirlərdə yüksək nəticələr əldə etdiklərinə görə məktəbin adına təşəkkürnamə təqdim etdi. Həmçinin,idarənin aparıcı məsləhətçisi Tural İsmayılov fiziki tərbiyə müəllimləri Leyla Nəcəfzadəyə və Ağa Nağıyevə səmərəli fəaliyyətlərinə görə təşəkkürnamələri təqdim etdi. Sonda oğlanlar və qızlar arasında mükafatlara layiq l,ll və lll yerləri tutmuş iştirakçılara diplom və medallar təqdim olundu. Turnirin baş hakimlər kollegiyasının sədri, tanınmış məşqçi Kərim Musayevə təşkilatçılıga və obyektiv hakimliyə görə təşəkkür edir, qalib iştirakçıları təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi