4”D” sinif şagirdlərinin buraxılış bayramı

  İyunun 3-də məktəbin 4”D” sinif şagirdləri buraxılış tədbirini qeyd etdi. Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagirdlər,  valideynlər iştirak etdi. Bayram Azərbaycan Respublikasının Dövlət Himninin sələnilməsi ilə başladı. Sonra şagirdlər buraxılış tədbirində müəllimlər və valideynlər qarşısında maraqlı və rəngarəng çıxışları ilə bir daha özlərinin bacarıqlı olduqlarını göstərdilər. Vətən haqqında şeirlər oxunub, Müslüm Maqomayevin musiqisi sədaları altında lentlərlə rəqs edilib. Oxuduğu məktəb, sevimli müəllimləri Fəxriyyə müəllim haqqında şeirlər oxunmuş, ibtidai sinif haqqında çoxlu mahnılar ifa edildi, uşaqların təhsili ilə bağlı səhnəciklər göstərildi. Bir-birindən maraqlı çıxışları ilə şagirdlər tədbir iştirakçılarını sevindirdilər. Bayramın sonunda gələn ilin birinci sinif şagirdlərinıə sinfin açarının təhvil verildi və "son zəng" çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi