"Təbiəti qorumaq hər kəsin borcudu" mövzusunda praktiki nümunəvi dərsi keçirildi

İyunun 5-də 2”C” sinifində ibtidai sinif müəllimi Teymurova Sevincin Azərbaycan dili fənnindən " Təbiəti qorumaq hər kəsin borcudu " mövzusunda praktiki nümunəvi dərsi keçirildi. Şagidlərə ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması edilməsi haqqında ətraflı məlumat verildi. Əyani şəkildə təbiəti necə qoruyacaqlarını,ətraf aləmi necə mühafizə edəcəklərini öyrəndilər. Bir sıra yerlərdə təmizlik, abadlıq işləri aparıldı, ərazilər məişət tullantılarından təmizləndi. Həmin dərsdə direktor müavini Quliyeva Şəbnəm da iştirak etmişdir.