4”B” sinif şagirdləri “Biz günəşin zərrəsiyik” adlı buraxılış gününün həyəcanını yaşayıb

Şəhid Seymur Hüseynoğlu adını daşıyan 4”B” sinif şagirdləri “Biz günəşin zərrəsiyik” adlı buraxılış gününün həyəcanını yaşayıb. Həm müəllimin, həm də şagirdlərin üzündə kədər, üzüntü hiss olunsa da, məktəbdə təşkil olunan buraxılış tədbiri yüksək səviyyədə gerçəkləşdi. Məktəbin 4”B” sinif şagirdləri buraxılış tədbirində müəllimləri və valideynləri qarşısında maraqlı və rəngarəng çıxışları ilə bir daha özlərinin bacarıqlı olduqlarını göstərdilər. Sevimli müəllimləri Təranə müəllim ilə ayrılmaq onlar üçün nə qədər çətin olsa da təhsilin yeni pilləsinə qədəm qoymaq onlara sevinc bəxş edirdi. Bir-birindən maraqlı çıxışları ilə kiçik fidanlarımız tədbir iştirakçılarını sevindirdilər. Tədbirdə şəhid Seymur Hüseynoğlunun ailə üzvləri, Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin direktoru Vüsalə Əmiraslanova, Nizami rayonunda çalışan ibtidai sinif müəllimləri, direktor müavinləri və valideynlər iştirak edirdi. Şəhid anası Qənimət xanım çıxış edərək şagirdlərə ürək sözlərini bildirdi. Pandemiya dövründə 4”B” ailəsinin hər bir üzvünə böyük dəstək olan Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin direktoru Vüsalə Əmiraslanova dördüncülərə öz səmimi arzularını bildirdi, onlara 4 il bilik və bacarıqlar öyrətmiş müəllimlərə minnətdarlığını bildirdi. Direktor müavinləri Ülviyyə Nuriyeva və Şəbnəm Quliyeva qonaqları salamlayaraq onlara Təranə müəllim və şagirdlərinin məktəbə verdiyi töhfələrdən, onların hazırladığı maraqlı tədbirlərdən danışdı.