Şagirdlərin Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya

   Məktəbin ibtidai sinif müəllimi Fəxriyyə Babayeva  4”D” sinif şagirdləri ilə birgə Bakı şəhərində yerləşən “Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi”ni ziyarət ediblər. Arxeoloji-Etnoqrafik Muzey Kompleksində şagirdlər Qərb və Şərqin qovuşuğunda yerləşən Bakı kəndlərinin həyat tərzi, adət-ənənələri ilə interaktiv şəkildə tanış oldular. Onlar dəmirçilik, dulusçuluq, xalçaçılıq emalatxanalarında peşə ustalarının iş proseslərini də izləyə bildilər. Kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və s. yerləşdirilib. Qala abidə kompleksində şagirdlərə Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndir nümayiş etdirdi. Buradakı qayaların üzərində əsasən insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunub. Qala İnformasiya Mərkəzi vasitəsilə uşaqlara qoruq ərazisindəki muzeylər barədə ətraflı məlumat verildi. Ekskursiya çox maraqlı keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi