4”B” sinif şagirdlərinə Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” nda kitablar hədiyyə olunub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də öz stendi ilə qoşulub. Məktəbin şəhid Seymur Hüseynoğlu adını daşıyan 4”B” sinfinin rəhbəri Təranə Muxtarova şagirdlərlə həmin festivalda fəal iştirak ediblər Tədbir çərçivəsində uşaqlara ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunmasının vacibliyi, sudan səmərəli istifadə, tullantıların çeşidlənməsinin əhəmiyyəti barədə məlumatlar verilib. Daha sonra uşaqlar müxtəlif rəsm əsərləri çəkib, viktorinada iştirak ediblər. Onlara ətraf mühitin mühafizəsinə dair müxtəlif yaş kateqoriyalarını əhatə edən kitablar hədiyyə olunub.