Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib

Uşaqların Beynəlxalq Müdafiəsi Günü – iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən festivalda müxtəlif yaş kateqoriyasında olan uşaqların hər biri öz maraq dairəsinə uyğun əylənə bilib. Belə ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil edilən festival zamanı mərkəzin parkı uşaq şəhərciyini xatırladıb. Park müxtəlif mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada balacalara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşağın asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılıb. Məktəbin şəhid Seymur Hüseynoğlu adını daşıyan 4”B” sinfinin rəhbəri Təranə Muxtarova şagirdlərlə həmin festivalda fəal iştirak ediblər. Kitablar və qolbaqlar qazanıblar.