Məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirildi

İyunun 1-də məktəbdə təşkil olunan tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə məlumat verilib. Bildirilib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Vurğulanıb ki, Azərbaycanda hər zaman uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür. Uşaqların Müdafiəsi Günündə bütün uşaqlara təhlükəsiz, xoşbəxt və sağlam uşaqlıq arzulayırıq. Sevgi, şəfqət və hörmətlə böyüyən uşaqlar güclü gələcəyin təminatıdır. Gəlin 1 iyunda bütün uşaqların qayğısına qalmağı və hüquqlarını qorumağı unutmayaq.
https://www.youtube.com/watch?v=I59x97oq5Ig