“Heydər Əliyev İli” çərçivəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə idman yarışı

İyunun 1-də Baki şəhəri Qış parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş 7 yaşlı uşaqlar arasinda "Şən Startlar" yarışı keçirildi. Yarışda Baki şəhərinin 12 rayonu təmsil olunmuşdur. Nizami rayonunu təmsil edən 251nömrəli məktəbin komandası bütün rayonların komandalarına qalib gələrək 1-ci yerə layiq görülmüş, Gənclər və İdman İdarəsi tərəfindən kubokla təltif olunmuşdur. Bundan başqa məktəbin komandasına diplom və hədiyyələr təqdim edildi. Qələbəmiz münasibəti ilə məktəbin rəhbərliyi başda olmaqla bütün kollektivi ürəkdən təbrik edirik, şagirdlərimizi və müəllimləri uğurlar arzulayırıq! Balaca qəhramanlarımızla fəxr edirik!