Şagirdlərin ekskursiyası

    Keçirilən mövzulara uyğun yerlərə ekskursiyalar təşkil etmək şagirdlərin böyük marağına səbəb olur. Eyni zamanda oxuduqlarını yaxşı anlayır,mövzu ilə bağlı daha geniş məlumata yiyələnir, öyrəndiklərini unutmur, gödüklərini hafizələrində saxlayırlar. Məktəbin ibtidai sinif müəllimi Hacıyeva Gülnarə 2”Ç” sinif şagirdləri ilə birgə Bakı şəhərində yerləşən “Şirvanşahlar sarayi və Qız qalası”, “Cümə məscidi”, “Sinaqoq” və “Pravoslav kilsə”ni ziyarət ediblər. İçərişəhər haqqında oxuyub oranı gəzməmək, Qız qalasına çıxmamaq günah olardı. Çünki Bakıda doğulub böyümələrinə baxmayaraq şagirdlərin çoxu hələ də burada olmamışdılar. Dinlər haqqında bildiklərimizi isə, əsas səmavi dinlərin ibadət yerlərini-məscidi, kilsəni və sinaqoqu görməklə möhkəmləndirdik.Cümə məscidində azərbaycanlı ilahiyyatçı, din xadimi, ”İçərişəhər”, “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli ilə təsadüfi görüşümüz də şagirdlərin ürəyincə oldu. Hacı Surxay şagidləri maraqlandıran suallara cavab verməklə bərabər onlara öz məsləhət və xeyir-dualarını verməyi də unutmadı.

 

    

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi