Mehmet Palançının təlimində məktəbin psixoloqunun iştirakı

Mayın 26-da 20 sayli məktəb-liseydə "Psixoloqların peşəkar kompetensiallığının artırılması" istiqamətində Türkiyəli mütəxəssis Professor Doktor Mehmet Palançının iştirakı ilə təşkil olunmuş layihənin növbəti təlimi baş tutdu. Həmin təlimdə məktəbin psixoloqu Qənbərli Sevinc iştirak etmişdir. Təlimdə 9 müxtəlif xarakter tipinin sosial bacarıqlarının inkişafı istiqamətində fərqli yanaşma modellərindən bəhs olundu. Türkiyədə nümayiş olunan məşhur seriallardan birinin baş qəhrəmanının aqressiyasını idarə edə bilməməsi nəticəsində müraciət etdiyi psixoloqla dialoqlarını izləyib terapevtik seansın peşəkar idarə olunma metodlarını incələdik.
Hədəfimiz məktəbdə şagirdlərin, xüsusilə də yeniyetmələrin sosial-emosional bacarıqlarının inkişafına dəstək olmaq, onların psixoloji rifahını yaxşılaşdırmaqdır.