Məktəbin " Biliyini paylaş " layihəsinin iştirakçısı təltif olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Biliyini paylaş” layihəsinin iştirakçıları mükafatlandırılıb.
Mükafatlandırma tədbirində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, layihənin iştirakçısı olan mentor müəllimlər iştirak ediblər.
Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva "Biliyini paylaş" layihəsinin keçirilməsində əsas məqsədin ümumi təhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihəəsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarət olduğunu bildirib.
Məktəbin ibtidai sinif müəllimi Təranə Muxtarova Təşəkkürnamə ilə təltif olunub.