Məktəbin kitabxanasında 28 May - Müstəqillik Günü ilə əlaqədar tədbir keçirildi

     Mayın 26-da məktəbin kitabxanasında Müstəqillik Gününə həsr edilmiş tədbir təşkil edildi. Tədbirdə  kitabxananın müdiri Hüseynova Samirə və 4”D” və 4"B" sinif şagirdləri çıxış etdilər. Tədbirdə kitabxana əməkdaşları tərəfindən hazırlanan Müstəqillik Gününə həsr edilən kitab sərgisi nümayiş olundu. Hazırlanan materiallarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qurucuları haqqında geniş məlumat verilmişdir. Burada ilk demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, foto şəkillər öz əksini tapmışdır, cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında məlumat verilmişdir. Materiallarda Ümummillli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, əhəmiyyəti, tarixdə tutduğu mövqeyi  və ümumilikdə Azərbaycanın müstəqilliyinə dair söylədikləri fikirlər yer almışdır. Kitabxanada “28 May Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi də təşkil olunmuşdur. Şagirdlər tərəfindən əl işləri nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi