“Ulu Öndəri düşünərkən” rəsm müsabiqəsində məktəbin 7”Ç” sinfin şagirdi Əsədli Səhər iştirak edib və “Təşəkkürnamə” ilə təltif olunub

Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndəri düşünərkən” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Ayaz İmaməliyev, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatı İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Azər Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının "Dekorativ-tətbiqi sənət" bölməsinin sədri Aydın Rəcəbov, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, BŞİH-in əməkdaşları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Öncə qonaqlar rəsm sərgisinə baxış keçiriblər.

Daha sonra müsabiqənin nəticələrinə görə ilk üç yerin qalibinə sertifikat və pul mükafatı, digər yeddi nominasiya üzrə isə sertifikatlar təqdim olunub. Əl işləri ilə seçilən 30 nəfər şagirdə isə Təşəkkürnamə verilib.

Qeyd edək ki, həmin tədbirdə məktəbin 7”Ç” sinfin şagirdi Əsədli Səhər iştirak edib və “Təşəkkürnamə” ilə təltif olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi