Sizi təbrik edirik və sizinlə fəxr edirik!

Türkiyənin İstanbul şəhərində keçirilən WAKO versiyasi üzrə Dünya Kubokunda məktəbin 9”D” sinif şagirdi Məmmədov Umid 48 kq çəki dərəcəsində K1 versiyasi üzrə 3 döyüşdə iştirak edərək finalda Hungarianın idmançisı Zlenko Oleksandr üzərində qələbə qazanaraq çempion oldu. Digər fəxrimiz məktəbin 6”G” sinif şagirdi İsmayılov Nizami 32 kq çəki dərəcəsində K1 versiyasi üzrə 3 döyüşdə iştirak edərək yarım finalda Türkiyənin idmançısı üzərində uduzaraq dünya kubokunun üçüncüsü oldu. Şagirdlərimizi təbrik edirik! Onlarla fəxr edirik! Daima bayrağımızı zirvələrdə görmək arzusu ilə.