Məktəblilər üçün açıq havada eko-tədbir keçirildi

    Mayın 19-da məktəbin günüuzadılmış qrupun rəhbəri Seyidli Nigar tərəfindən açıq havada eko tədbir keçirildi. Təbiətin sehirli rəngləri mövzusunda şagirdlərlə təfəkkürün inkişaf etdirilməsi istiqamətində kiçik oyun təşkil olundu. Söz boxçamızı yoxladıq, özümüzü ifadə etməyin fərqli üsullarını tapdıq, əyləndik və öyrəndik. Eyni zamanda təbiətə təşəkkür etdik. Şagirdlərin qavrama bacarıqlarının inkişaf etdirilməsi təlimdə öyrənmənin inkişafına dəstək olur. Bu məqsədlə zaman-zaman açıq havada dərslərin təşkil olunması şagirdlərdə təlimə motivasiyanın yaranmasına kömək edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi