"Breyn ring" yarışı keçirildi

19 may-da məktəbin 2 “D” sinfində "Rus dilini bilirsənmi?" mövzusunda "Breyn ring" intellektual oyunu keçirildi. Tədbir rus dilinə sevgini aşılamaq, dərsdənkənar rus dilinin öyrənilməsinə marağı inkişaf etdirmək, ümumdil mədəniyyətini təkminləşdirmək məqsədi ilə keçirilib. Oyun zamanı komandalar dil haqqında atalar sözlərini yada saldılar, orfoqramlar düzəltdilər, frazeoloji birləşmələr axtardılar, lüğətin köməyi ilə krosvordları həll etdilər, həmçinin öz diqqətlərini və vizual yaddaşlarını məşq etdirdilər. Turnirdə 3 komandanın iştirakı baş tutub. "Умники" komandası qalib gəlib. Eyni zamanda tamaşaçılar arasında "Ən arif tamaşaçı"müsabiqəsi keçirilib. Qalib olan - Əhmədov Amil olub. Nəticələrdən sonra komandalara diplomlar və medallar təqdim olunub.