"Ətraf mühitin qorunması" adlı 4 "D" sinfində nümünəvi dərs

Mayın 19-da 4 ”D” sinfində həyat bilgisi fənnindən “Ekologiya” mövzusunda nümunəvi dərs keçirildi. Şagirdlərin qarşısında “Ətraf mühitin ekoloji problemlərdən necə qoruya bilərik?” problemi qoyulmuşdur. Bu səbəbdən şagirdlər həm qruplarda həm də praktik işlər görmüşlər. Qruplarda aşağıdakı problemlər sual şəklində müzakirə edilmişdi: torpağın və havanın çirklənməsi, Azərbaycanın ekoloji problemləri, bütün dünyanın ekoloji problemləri. Bu səbəbdən də dərsdə ekoloji problemlər və ətraf mühitin qorunması tədbirləri müzakirə olunmuşdur. Dərsin sonunda şagirdlər qiymətləndirilmək üçün öz işlərini təqdim etmişdilər. Dərs maraqlı və məhsuldar keçmişdir.