“Qrafik informasiyanın həcmi” mövzusunda açıq dərs

Mayın 18-də 8 “A” sinfində informatika fənn müəllimi Ulduz Abdullazadənin “Qrafik informasiyanın həcmi” mövzusunda açıq dərsi keçirildi. İnformatika fənni üzrə metodbirləşmə sədri Natavan Novruzəliyeva , fənn müəllimi Gülşən Yusupova dərsi dinlədilər. Dərsdə kompüter qrafikası , qrafik informasiyanın növləri, qrafik informasiyanın həcmi haqqında təqdimat göstərildi. Şagirdlər mövzuya aid məsələlər həll etdi, tapşırıqları işlədilər. Dərs yüksək səviyyədə kecdi, mövzu şagirdlər tərəfindən tam mənimsənildi.