"FIRST Lego League" (FLL) yarışı

Azərbaycanın təhsil müəssisələrində texnoloji inkişafın sürətlə irəlilədiyi, şagirdlərin peşəkar həyatlarına hazırlaşması üçün fərqli təlimat proqramları təqdim edilir. Bu proqramlardan biri də "FIRST Lego League" (FLL) yarışlarıdır. Bizim məktəb də bu yarışa qoşulub və bir neçə müəllimlərimiz komandaları ilə yarışda iştirak edib. İnformatika müəllimlərimiz Novruzəliyeva Natəvan, Yusupova Gülşən, Quliyeva Bənövşə, Rəfiyeva Gülnur, Hüseynova Aysel və Balayeva Sevinc öz komandaları ilə yarışa qoşulublar. Novruzəliyeva Natəvan isə "Ciber Kids" komandası və Yusupova Gülşən, 251 school komandası ilə 1-ci yeri qazanaraq uğurlu bir performans göstərib.
Məktəbimizdən Natavan müəllimənin digər iki komansı "251 Heroes" və "251 school" isə 2-ci yeri tutublar. Rəfiyeva Gülnur, Uğur komandası ilə 2-ci yeri, Quliyeva Bənövşə, Dünya 2 komandası ilə 2-ci yeri, Hüseynova Aysel, Dünya komandası ilə 2-ci yeri və Balayeva Sevinc isə Səma komandası ilə 3-cü yeri qazanaraq uğurlu bir performans göstərərək məktəbimizin adını yüksəltdilər.
Bu yarışlar, şagirdlərimizə texnologiya və mühəndislik sahələrində maraqlarını artırmaq üçün böyük bir imkan təşkil edir. İştirakçılar, robotlarla işləmək, onları proqramlaşdırmaq və yarışmaq üçün qurğular hazırlamaq kimi bacarıqlarını inkişaf etdirir. Bu nailiyyətlər tələbələrimizin özgüvənlərini və bacarıqlarını inkişaf etdirmək üçün böyük bir motivasiya faktoru olacaqdır. Bu sahədəki uğurlarımızdan fəxr edirik və tələbələrimizə uğurlar arzulayırıq.